Azad edilmiş ərazilərdə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub
Far.Az xəbər saytı

Azad edilmiş ərazilərdə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub


Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonları üzrə daha bir qrup şəxsə proqram çərçivəsində "Kiçik dərzi sexi", "Qadın gözəllik salonu", "Avtoelektrik xidmətləri", "Avtotəmizləmə xidmətləri", "Broyler inkubatoru", "Poliqrafiya xidmətləri" və "Özünəxidmət avtoyuma" zərfləri üzrə avadanlıqlar təqdim edilib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, verilmiş aktivlər hesabına onlar kiçik ailə bizneslərini yaradıblar.

"Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Qeyd edək ki, Böyük Qayıdış proqramı üzrə doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 818 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatları qurulub", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Vətən müharibəsinin başlamasından 4 il ötür
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər