NYT: Tehrandan cavab verilmədiyi üçün Vensin Pakistana səfəri təxirə salınıb
Far.Az xəbər saytı

NYT: Tehrandan cavab verilmədiyi üçün Vensin Pakistana səfəri təxirə salınıb


ABŞ Vitse-prezidenti Cey Di Vensin İranla danışıqlar üçün İslamabada səfəri qeyri-müəyyən müddətə təxirə salınıb, çünki Vaşinqton öz danışıqlar mövqeyinə Tehrandan cavab almayıb.

"Report" xəbər verir ki, bu barədə "New York Times" (NYT) nəşri amerikalı rəsmiyə istinadən yazıb.

Qeyd olunub ki, Vensin səfəri ləğv edilməyib, danışıqlar "istənilən an" bərpa oluna bilər, hərçənd ABŞ Prezidenti Donald Tramp uzunmüddətli razılaşma olmadan atəşkəsin müddətini uzatmaq istəmədiyinə işarə edib.

CNN-in məlumatına görə, Vens hələ də ABŞ-dədir və çərşənbə axşamı günorta saatlarında görüş üçün Ağ Evə gəlib.

Daha əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai Tehranın İslamabadda ABŞ ilə danışıqlarda iştirakı ilə bağlı şübhələrinin qətiyyətsizliklə əlaqədar olmadığını, bunun Vaşinqton administrasiyasının ziddiyyətli siqnalları və hərəkətlərindən irəli gəldiyini açıqlayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Danışıqların yeni raundu yaxın günlərdə keçirilə bilər.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər