Əraqçi ABŞ-nin İran limanlarını blokadaya almasını müharibə aktı adlandırıb
Far.Az xəbər saytı

Əraqçi ABŞ-nin İran limanlarını blokadaya almasını müharibə aktı adlandırıb


ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazındakı İran limanlarını blokadaya alması müvəqqəti atəşkəsin pozulmasıdır.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.

"İran limanlarının blokadaya alınması müharibə aktıdır və deməli, atəşkəsin pozulmasıdır. Ticarət gəmisinə zərbələrin endirilməsi və onun heyətinin girov götürülməsi daha da ciddi pozuntudur.

İran məhdudiyyətləri necə neytrallaşdırmağı, öz maraqlarını necə qorumağı və təzyiqə necə müqavimət göstərməyi bilir", - paylaşımda bildirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Danışıqların yeni raundu yaxın günlərdə keçirilə bilər.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Oxşar xəbərlər

Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub - YENİLƏNİB-3
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər