Agentlik rəhbəri: Erməni saxtakarlıqları və plagiatçılığının ifşası yönündə mühüm işlər görülüb
Far.Az xəbər saytı

Agentlik rəhbəri: Erməni saxtakarlıqları və plagiatçılığının ifşası yönündə mühüm işlər görülüb


Erməni saxtakarlıqları və plagiatçılığının ifşası yönündə mühüm işlər həyata keçirilib.

"Report" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz ilə əlaqələri" mövzusunda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Qeyd edilib ki, Azərbaycanın xalq artisti Elmira Rəhimovanın ifa etdiyi "İntizar" mahnısı (musiqisi bəstəkar Nüşabə Muradovaya və sözləri şair Südabə Şəfaya məxsusdur) erməni musiqi nümunəsi kimi Artash Asatryanın ifasında "Ter Hisus Ari" adı altında "YouTube" platformasında yerləşdirilib. Erməni ifaçı özünü söz və musiqi müəllifi kimi təqdim edib.

Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi musiqisi bəstəkar Gülər Həsənovaya və sözləri şair Baba Vəziroğluna məxsus olan "Yeni il mahnısı" digər erməni müğənnisi Tiqran Asatryanın ifasında "Qez Hamar" adı ilə "YouTube"da yerləşdirilib. Erməni qarmon ifaçısı Qagik Stepanyan "Bəs nə deyim", "Ay bəri bax", "Niyə yox deyirsən" və "Güman yeri var" Azərbaycan mahnılarının musiqisindən istifadə edərək popuri hazırlayıb "YouTube" yerləşdirib, lakin mahnıların adlarını və müəlliflərini göstərməyib. Erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan da musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus olan "Qal, sənə qurban" mahnısını mənimsəyərək erməni mahnısı kimi yunan dilində "Hara gedir" adı altında oxuyub və "YouTube" platformasında yayıb.

Agentlik tərəfindən görülən tədbirlər nəticəsində növbəti erməni oğurluqlarının qarşısı alınıb, erməni ifaçılar Artash Asatryanın, Tiqran Asatryanın, Qagik Stepanyanın və Ovik Dəmirçyanın erməni nümunələri kimi təqdim etdikləri yuxarıda göstərilən ifalar "YouTube" platformasından silinib.

MƏLUMAT YENİLƏNİR

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər