Ermənistanda azərbaycanlıların tarixi-mədəni irsinin dağıdılmasına görə kompensasiya ödənilməlidir - RƏY
Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi yalnız ərazi işğalı ilə məhdudlaşmayıb, eyni zamanda azərbaycanlılara məxsus tarixi-mədəni irsə qarşı sistemli dağıntı və mənimsəmə siyasəti ilə müşayiət olunub.
Bununla bağlı "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov danışıb.
Deputat işğal altında olmuş ərazilərdə və indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə məscid, qəbiristanlıq, tarixi abidənin, mədəniyyət ocaqlarının məhv edilib, təhqir olunub, mənşəyi saxtalaşdırılaraq başqa xalqlara aid kimi təqdim edildiyini söyləyib.
Vasif Qafarovun fikrincə, bu da bütöv bir xalqın yaddaşına və kimliyinə yönəlmiş məqsədli müdaxilə kimi qiymətləndirilməlidir:
"Qarabağ və ətraf rayonlarda baş verənlər bunu açıq şəkildə təsdiqləyir. Azərbaycana məxsus dini abidələrin dağıdılması, qəbiristanlıqların təhqir edilməsi və muzey eksponatlarının talanması təsadüfi deyil, sistemli vandalizmin nəticəsidir və bu cür əməllər 1954-cü il Haaqa Konvensiyası, Cenevrə Konvensiyaları və UNESCO sənədləri ilə qorunan mədəni irsə qarşı yönəlmiş beynəlxalq hüquq pozuntusu hesab olunur.
Bu faktların beynəlxalq gündəmdə saxlanılması üçün yalnız bəyanatlar kifayət deyil. Sübutlar sistemli şəkildə toplanmalı, rəqəmsal arxivlər yaradılmalı, peyk görüntüləri və müstəqil ekspert rəyləri ilə möhkəmləndirilməli, UNESCO və digər nüfuzlu qurumların əraziyə davamlı monitorinq missiyalarının göndərilməsi üçün diplomatik təzyiq artırılmalı, eyni zamanda beynəlxalq məhkəmələrdə iddialar ardıcıl şəkildə irəli sürülməli və hüquqi presedentlərin formalaşmasına nail olunmalıdır".
V. Qafarov onu da vurğulayıb ki, bütün bunlarla yanaşı, beynəlxalq mediada davamlı kampaniyalar aparılmalı, sənədli filmlər, sərgilər və akademik nəşrlər vasitəsilə məsələ qlobal ictimaiyyətə çatdırılmalı, xarici universitetlərdə və beyin mərkəzlərində bu mövzu üzrə araşdırmalar təşviq edilməli, həmçinin diaspor təşkilatları vasitəsilə müxtəlif ölkələrin parlamentlərində dinləmələr və müzakirələr təşkil olunmalıdır:
"Eyni zamanda, bu dağıntılara görə kompensasiya məsələsi prinsipial mövqe kimi irəli sürülməlidir, çünki mədəni irsin qəsdən məhv edilməsi yalnız mənəvi deyil, həm də hüquqi və maddi məsuliyyət doğurur və beynəlxalq hüquq çərçivəsində zərərin ödənilməsi tələbi tam əsaslıdır.
Tarixi-mədəni irsə qarşı törədilmiş bu əməllər unudulmamalı, davamlı şəkildə sənədləşdirilməli və beynəlxalq müstəvidə gündəmdə saxlanılmalıdır. Əks halda, cəzasızlıq yeni vandalizm halları üçün təhlükəli presedent yarada bilər və buna görə də həm hüquqi, həm də informasiya müstəvisində ardıcıl və prinsipial fəaliyyət həyati əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













