Azad Əsgərov: "Bəzi ölkələr UFC yarışlarına ev sahibliyi etmək istəsə də, buna nail ola bilmir"
Bəzi ölkələr Mütləq Döyüş Çempionatı (UFC) yarışlarına ev sahibliyi etmək istəsələr də, buna nail ola bilmirlər.
Bu barədə "Far.Az"a Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov açıqlama verib.
O, UFC turnirlərinin 2028-ci ilədək Bakıda keçiriləcəyinə münasibət bildirib:
"Bu təşkilatın Bakıdakı ilk turniri ötən il baş tutdu. Tofiq Musayev isə bu il UFC-də ilk qalibiyyətinə nail oldu. UFC yarışlarının Azərbaycanda keçirilməsi olduqca müsbət haldır. Bakıdakı birinci yarışdan sonra MMA idman növünə maraq daha da artıb. Bu, dünya səviyyəli turnirdir. Bəzi ölkələr ev sahibliyi etmək istəsələr də, buna nail ola bilmirlər".
A.Əsgərov Bakıdakı UFC turnirindən sonra Azərbaycan döyüşçülərinin daha yaxşı nəticələrə nail olduğunu sözlərinə əlavə edib:
"Türkiyə, Gürcüstan və digər ölkələrdəki yarışlarda qələbələr qazandıq. UFC artıq Bakıda olacaq. İdmançılarımız da burada mübarizə aparacaqlar. Amma hələlik kimlərin iştirak edəcəyi barədə dəqiq məlumat verə bilmərik. UFC-nin Bakıda olması Azərbaycan idmanının növbəti uğurudur. Ölkəmizə müxtəlif yerlərdən minlərlə turist gələcək. Bütün bunlar bizə ancaq xeyir verə bilər. MMA-nın dünyada azarkeşləri kifayət qədərdir. Yarış ərəfəsində bütün diqqət Azərbaycanda olacaq".
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İdmançılarımız Batumidə rinqə çıxacaqlar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













