Avropa Komissiyası təmiz enerjiyə keçidi sürətləndirmək üçün yeni plan elan edib
Avropa Komissiyası qiymət artımı və yanacaq tədarükündəki fasilələrin səbəb olduğu son illərin ən böyük böhranı fonunda Avropa İttifaqı (Aİ) ölkələrinin enerji siyasətini əlaqələndirməyə və təmiz enerjiyə keçidi sürətləndirməyə yönəlmiş "AccelerateEU" planını təqdim edib.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə Avropa Komissiyası kollegiyasının iclasından sonra jurnalistlərə icraçı vitse-prezident Teresa Ribera və enerji məsələləri üzrə komissar Dan Yorgensen təqdim ediblər.
Təcili tədbirlərin görülməsinə səbəb əvvəllər qlobal neft və mayeləşdirilmiş təbii qaz tədarükünün əhəmiyyətli hissəsinin keçdiyi Hörmüz boğazının bağlanmasından sonra dünya bazarlarında vəziyyətin kəskin şəkildə gərginləşməsi olub.
Rəsmilərin sözlərinə görə, Yaxın Şərqdə münaqişə başlayandan bəri Aİ-nin qazıntı yanacağı idxalı xərcləri artıq 24 milyard avrodan çox – gündə 500 milyon avrodan çox artıb.
Oxşar xəbərlər
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













