Biləsuvarda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Far.Az xəbər saytı

Biləsuvarda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb


Biləsuvar şəhərində nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Biləsuvar şəhərində fiziki şəxsə məxsus kafedə yoxlama keçiriblər.

Yoxlama nəticəsində kafedə divar, döşəmə və tavan hissələrinin asan yuyulabilən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Bildirilib ki, nöqsanlarla əlaqədar fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.

Oxşar xəbərlər

Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Sabunçuda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti dayandırıldı
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər