ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
Far.Az xəbər saytı

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları sərtləşdirir


ABŞ mövcud məhdudiyyətləri saxlayaraq və yenilərini hazırlayaraq, Rusiyaya qarşı sanksiya təzyiqlərini sərtləşdirməyə davam edir.

"Far.Az"un məlumatına görə, ABŞ-nin maliyyə nazirinin köməkçisi Conatan Berk bunu Nümayəndələr Palatasının Maliyyə Komitəsinin dinləmələrində bildirib.

"Biz (Rusiyaya qarşı-red) sanksiyalarımızın tətbiqinə davam edirik. Onların tətbiqi üçün yeni üsullar müəyyənləşdirməyə davam edirik", - rəsmi deyib.

C.Berk əlavə edib ki, ABŞ beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edir və sanksiya rejimindəki boşluqlar barədə onlarla məlumatları operativ şəkildə paylaşır. Onun sözlərinə görə, bu, Rusiyanın maliyyə fəaliyyətini məhdudlaşdırmaq üçün görülən tədbirlərin mümkün qədər effektivliyini təmin etmək üçün olunur.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər