Bakıda Avrasiyanın musiqi irsinə dair beynəlxalq elmi-praktiki konfrans keçirilir
Far.Az xəbər saytı

Bakıda Avrasiyanın musiqi irsinə dair beynəlxalq elmi-praktiki konfrans keçirilir


Bakı Musiqi Akademiyasında "Avrasiyanın musiqi irsi: ənənə, modallıq və innovasiya" adlı beynəlxalq elmi-praktiki konfransın açılışı olub.

"Far.Az" xəbər verir ki, əvvəlcə Bakı Musiqi Akademiyasının rektoru SSRİ Xalq artisti Fərhad Bədəlbəylinin konfrans iştirakçılarına videomüraciəti təqdim olunub.

Xalq artisti bu kimi elmi-praktiki konfransların vacib əhəmiyyətə malik olduğunu vurğulayıb.

Akademiyanın prorektoru professor Gülnaz Abdullazadə isə konfransda xarici qonaqların da iştirak etdiyini, eləcə də bəzi qonaqların videoformat şəklində qatıldıqlarını diqqətə çatdırıb.

Professor daha sonra "Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası digər janrlara təkanverici qüvvə kimi" mövzusunda məruzə ilə çıxış edib. O, operanın Azərbaycan musiqi sənətində tarixi hadisə kimi qiymətləndirildiyini bildirib.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri professor İradə Köçərli isə "Üzeyir Hacıbəylinin publisistik yazıları I Türkoloji qurultayı kontekstində" adlı məruzə ilə çıxış edib:

"Üzeyir Hacıbəyli böyük bəstəkar olmasından əlavə, həm də çox böyük müəllim olub. Mən təkcə musiqi müəllimliyini nəzərdə tutmuram, Üzeyir bəy ana dili keşikçisi idi və ana dilini çox dərindən bilirdi. Bu da onun musiqi dünyasına sirayət edirdi və ona görədir ki, Üzeyir bəyin bəstələri, az qala, xalq mahnılarına çevrilib".

Professor Üzeyir Hacıbəylinin yeni əlifbaya keçidin ən böyük tərəfdarlarından olduğunu da diqqətə çatdırıb.

Çıxışların ardınca konfrans müzakirələrlə davam etdirilib.

Konfransın ikinci hissəsində ayrı-ayrı panellərin olması da nəzərdə tutulur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər