Pakistan elektro-optik peykini uğurla orbitə buraxıb
Pakistan Kosmos və Yüksək Atmosfer Tədqiqatları Komissiyası (SUPARCO) Taiyuan Peyk Buraxılış Mərkəzindən özünün yerli elektro-optik peykini (EO-3) uğurla orbitə buraxaraq, ölkənin kosmik imkanlarında daha bir mühüm mərhələyə imza atıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
"Əsas görüntüləmə missiyasından əlavə, EO-3 yeni nəsil kosmik texnologiyaları sınaqdan keçirmək məqsədi daşıyan qabaqcıl eksperimental faydalı yüklər daşıyır", - bəyanatda bildirilib. Qeyd olunub ki, yüklərə görüntüləmə dəqiqliyini artırmaq üçün çoxhəndəsəli təsvir modulu, qabaqcıl enerji saxlama sistemi və real vaxt rejimində təhlil və ağıllı qərar qəbulu dəstəyini təmin etmək üçün süni intellektə əsaslanan məlumat emalı bloku daxildir:
"EO-3-ün Pakistanın yerin müşahidəsi peyk donanmasına əlavə edilməsi məsafədən zondlama sahəsində milli imkanları əhəmiyyətli dərəcədə artırır. İnteqrasiya edilmiş sistem məlumatların kəsilməzliyini, görüntüləmə etibarlılığını və analitik dəqiqliyi yaxşılaşdıracaq və Pakistanın sosial-iqtisadi sektorlarında tətbiqləri dəstəkləyəcək".
Pakistan Launches Indigenous EO-3 Satellite , Marking Major Space Milestone pic.twitter.com/JBtYAfQhuj
— Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) April 25, 2026
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndidə "Yaradan" sənədli filminin təqdimatı keçirilib
-
Gəncədə qonşular arasında dava - Bıçaqlanan var
-
Avropa çempionatında üçüncü olan Jalə Əliyeva: "Məqsədim qızıl medal qazanmaq idi"
-
Türkiyədə məktəblərdə baş verən cinayətlər fonunda Təhsil Nazirliyində kadr dəyişikliyi olub
-
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazanıb
-
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb













