Yunanıstan və Fransa strateji müdafiə tərəfdaşlığı sazişinin müddətini uzadıblar
Yunanıstan və Fransa 2021-ci ildə imzalanmış strateji tərəfdaşlıq və əməkdaşlıq sazişinin müddətini uzadaraq müdafiə sahəsindəki əməkdaşlığı gücləndiriblər.
"Report" xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu barədə Afinada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra bildirib.
K.Mitsotakisin sözlərinə görə, strateji ittifaq qurmaq qərarı beş il əvvəl seçilmiş kursun davamıdır.
"Müdafiə sahəsində nəticələr göz qabağındadır", - o, ölkənin hərbi dəniz qüvvələrinin, xüsusən "Kimon" da daxil olmaqla "Belharra" sinifli freqatlarla gücləndiyini, eləcə də yaxın aylarda "Nearxos" və "Formion", 2028-ci ildə isə "Femistokl" gəmilərinin çatdırılmasının gözlənildiyini qeyd edərək bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, Yunanıstan Hərbi Hava Qüvvələrinin imkanları 24 ədəd "Rafale" qırıcı təyyarəsinin çatdırılması, eləcə də MICA raketlərinin modernləşdirilməsi üçün imzalanmış müqavilə sayəsində xeyli genişlənib.
Onun sözlərinə görə, Fransa ilə əməkdaşlıq ölkənin çəkindirici potensialını gücləndirir, milli və Avropa sərhədlərinin qorunmasına töhfə verir.
K.Mitsotakis əlavə edib ki, Yunanıstan-Fransa tərəfdaşlığı mövcud geosiyasi dəyişikliklər fonunda uzaqgörən addımdır və Avropanın təhlükəsizlik, müdafiə sahəsində strateji muxtariyyətə olan daha geniş ehtiyacını əks etdirir.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Kopenhagendə Emmanuel Makronla görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
3000 ailəlik nəhəng kompleksdə biznes qurmaq imkanları!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndidə "Yaradan" sənədli filminin təqdimatı keçirilib
-
Gəncədə qonşular arasında dava - Bıçaqlanan var
-
Avropa çempionatında üçüncü olan Jalə Əliyeva: "Məqsədim qızıl medal qazanmaq idi"
-
Türkiyədə məktəblərdə baş verən cinayətlər fonunda Təhsil Nazirliyində kadr dəyişikliyi olub
-
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazanıb
-
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb













