İndianada baş verən atışmada doqquz nəfər xəsarət alıb
Far.Az xəbər saytı

İndianada baş verən atışmada doqquz nəfər xəsarət alıb


ABŞ-nin Bluminqton şəhərindəki İndiana Universitetinin kampusu yaxınlığında baş verən atışma zamanı azı doqquz nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə ənənəvi tələbə velosiped yarışı keçirilən Kirkvud-avenyu küçəsində baş verib.

Hadisə yerinə gələn polis əməkdaşları zərərçəkənləri universitet ərazisindən bir məhəllə aralıda tapıblar, doqquz yaralının hamısı təcili xəstəxanaya yerləşdirilib. Nəşr şahidlərin ifadələrinə istinadən qeyd edib ki, atışma başlamazdan əvvəl iki qadın arasında davaya çevrilən mübahisə yaranıb. Şahidlərdən birinin sözlərinə görə, münaqişə iştirakçılarından biri atəş açıb.

Oxşar xəbərlər

Dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər