Aİ-də yaşayan miqrantların sayı 64,2 milyon nəfərə çatıb
Far.Az xəbər saytı

Aİ-də yaşayan miqrantların sayı 64,2 milyon nəfərə çatıb


2025-ci ildə Avropa İttifaqında yaşayan miqrantların sayı rekord 64,2 milyon nəfərə çatıb ki, bu da bir il əvvəlki göstəricidən 2,1 milyon nəfər çoxdur.

"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə RFBerlin nəzdindəki Miqrasiya Analizi Tədqiqat Mərkəzinin hesabatında deyilir.

Hesabatın məlumatına görə, Almaniya xarici mənşəli sakinlərin sayına görə Aİ-nin ən böyük ölkəsi olaraq qalır - təxminən 18 milyon nəfər, onların təqribən 72%-i əmək qabiliyyətli yaşdadır. Eyni zamanda, son dövrlərdə ən sürətli artım İspaniyada qeydə alınıb: ölkədəki miqrantların sayı təxminən 700 min nəfər artaraq 9,5 milyon nəfərə çatıb.

Tədqiqatda qeyd olunur ki, Almaniya həm mütləq göstəricilər, həm də əhali sayı nəzərə alınmaqla Avropada miqrantlar üçün əsas istiqamət olaraq qalmaqda davam edir.

Məruzədə vurğulanır ki, Aİ daxilində miqrasiya son dərəcə qeyri-bərabər paylanıb: əhaliyə nisbətən immiqrantların ən yüksək payı Lüksemburqda, Maltada və Kiprdə müşahidə olunur.

Sığınacaq müraciətləri ilə bağlı da oxşar mənzərə var - onlar məhdud sayda ölkələrdə cəmlənib. Bütün müraciətlərin demək olar ki, 75%-i İspaniya, İtaliya, Fransa və Almaniyanın payına düşür, bu zaman Almaniya ən çox qaçqını qəbul edir - təxminən 2,7 milyon nəfər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər