Çexiyanın Baş naziri Azərbaycana gəlib
Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycana rəsmi səfərə gəlib.
Far.Az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Çex Respublikasının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.
***17:26
Bu gün Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfərə gəlir.
Far.Az xəbər verir ki, bu barədə siyasətçi rəsmi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Azərbaycan. Avropa İttifaqından xaricə ilk rəsmi səfərim yeni başlayır", - o vurğulayıb.
Qeyd edək ki, səfər regional xarakter daşıyır və Çexiya hökumətinin başçısı Qazaxıstan və Özbəkistanda da səfərdə olacaq.
Səfər zamanı Nazirlər Kabinetinin başçısını Çexiyanın Baş nazirinin birinci müavini - sənaye və ticarət naziri Karel Havliçek (Karel Havlíček), həmçinin çexiyalı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.
Çexiya nümayəndə heyəti Bakı, Astana və Daşkəndə səfər edəcək. Səfər proqramında biznes-forumların, tematik seminarların, B2B və B2G formatlarında netvörkinq tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərin məqsədi yeni işgüzar əlaqələrin qurulmasını və ev sahibliyi edən ölkələrin sahibkarlıq icması ilə əməkdaşlığın genişləndirilməsini dəstəkləməkdir.
Oxşar xəbərlər
Andrey Babiş Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB
Yurdumuza bahar gəlir!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













