Azərbaycan bankı ötən il müştərilərinin 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıb
2025-ci ildə "Kapital Bank" ASC müştərilərinin 7 milyon 22 min 165 manat vəsaitinin oğurlanmasının qarşısını alıb.
"Report" xəbər verir ki, bunu Bankın Baş risk inzibatçısı Ağarza Baxşiyev bildirib.
Onun sözlərinə görə, oğurluğun qarşısını almaq üçün 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı bloklanıb.
Bank rəsmisi əlavə edib ki, 2024-cü illə müqayisədə rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı artıb: "Xüsusilə sosial mühəndislik üsulları ilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb. Adımızdan saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1 000-dən çox veb-sayt, sosial media səhifəsi bloklanıb".
A.Baxşıyev əlavə edib ki, ötən il "Kapital Bank" özünə məxsus "Birbank" mobil tətbiqində bir sıra yeniliklər edib və bunun hesabına 10 000 nəfərdən çox insan dələduzları ifşa edərək öz vəsaitini qoruyub: "Biz müştərilərimizə zəng edən şəxsin bank əməkdaşı olub olmadığını yoxlamaq imkanı verdik. Yəni, zəng edən həqiqən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş olur. Bank əməkdaşı olmayan şəxs isə bu bildirişi göndərə bilmir. Bunda başqa, ötən il 40 000-dən çox istifadəçinin cihazında virus olduğu üçün onların mobil tətbiqini bloklamışıq, bununla da minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısını almışıq".
Oxşar xəbərlər
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
10 milyona yaxın kartımızdan Birbank kartlarına köçürmələr limitsiz və komissiyasızdır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb













