Gələn ildən 11-ci sinif şagirdləri buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaq
Far.Az xəbər saytı

Gələn ildən 11-ci sinif şagirdləri buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaq


Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə deyib.

O bildirib ki, yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq:

"Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla ümumilikdə 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək".

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
Buraxılış imtahanında dörd nəfərdə mobil telefon aşkarlanıb
DİM tərəfindən yeddi imtahan keçirilib, doqquz nəfərdə telefon aşkarlanıb - YENİLƏNİB
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər