İlham Əliyev: Bu gün Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur
Far.Az xəbər saytı

İlham Əliyev: Bu gün Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur


Azərbaycan Prezidenti İlham Əliyev Çexiya ilə bu gün də ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını və 800 milyon dollardan çox olduğunu deyib.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə Qəbələdə mətbuata bəyanatında bildirib.

"Əgər ticarət dövriyyəsinin strukturuna baxsaq, görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir", - Prezident qeyd edib.

Dövlət başçısı əlavə edib ki, bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparılıb:

"Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır".

Oxşar xəbərlər

Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər