Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i  təsdiq edib
Far.Az xəbər saytı

Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i təsdiq edib


Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında Fərman imzalayıb.

"Far.Az" xəbər verir ki, sənədə əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qvineya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Oxşar xəbərlər

"ASAN xidmət" Qvineyada tətbiq ediləcək
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanla Özbəkistan arasında iki Saziş təsdiqlənib
Efiopiyanın Baş naziri "ASAN xidmət"də olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər