Azərbaycan və Qazaxıstan sosial sığorta sahəsində əməkdaşlığı gücləndirir
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Qazaxıstanın Dövlət Sosial Sığorta Fondu Əməkdaşlıq memorandumu imzalayıb.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, sənədə Astanada keçirilmiş əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə 14-cü Qazaxıstan Beynəlxalq Konfransı çərçivəsində imza atılıb.
Memorandum iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın inkişafına və sosial təminat sahəsində təcrübə mübadiləsinə yönəlib.
Qazaxıstan fondunun İdarə Heyəti sədrinin müavini Marat Janibekovun sözlərinə görə, memorandum ikitərəfli əməkdaşlığı, o cümlədən dövlət orqanları arasında mütəmadi qaydada təcrübə mübadiləsinin aparılmasını və beynəlxalq platformalarda fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Baku TV, Report İA və Qazaxıstanın "Xabar" Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













