Mərkəzi Bank yeni reyestr yaradacaq
Azərbaycanda maliyyə icarəsi fəaliyyəti üzrə tənzimləmə və nəzarəti Mərkəzi Bank (AMB) həyata keçirəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "Maliyyə icarəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, dövlət qeydiyyatına alınmış hüquqi şəxs və yaxud xarici hüquqi şəxsin yerli filialı maliyyə icarəsi fəaliyyətini AMB-nin apardığı maliyyə icarəsi verənlərin reyestrinə daxil edildikdən sonra həyata keçirə bilər. Reyestrə daxil edilmə üçün "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.
Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri və ya bu sözlərdən ibarət söz birləşməsinin istifadə edilməsi qadağandır.
İcarəyə verənin (xarici hüquqi şəxsin yerli filialı istisna olmaqla) filialı tərəfindən maliyyə icarəsi fəaliyyəti bu Qanuna uyğun olaraq, AMB-yə məlumat verilməklə həyata keçirilə bilər.
Maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxs minimum nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik olmalıdır. Maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxsin nizamnamə kapitalının (xarici hüquqi şəxsin yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin) minimum məbləği və formalaşdırılması, habelə öz vəsaitlərinin (xarici hüquqi şəxsin yerli filialının həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərinin) hesablanması qaydasını, strukturunu və tərkibini AMB müəyyən edir.
İcarəyə verənlə aidiyyəti olan şəxslər arasında əqdlərin bağlanılması Mülki Məcəllə ilə tənzimlənir. Bir və bütün aidiyyəti şəxslərlə bağlanılan maliyyə icarəsi müqavilələrinin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələbləri AMB müəyyən edir.
İcarəyə verən bir icarəçi və ya bir-biri ilə əlaqədar icarəçilər qrupu üçün AMB-nin müəyyən etdiyi kredit risklərinin maksimum miqdarına dair tələblərə əməl etməlidir.
İcarəyə verən maliyyə icarəsi fəaliyyəti ilə bağlı həyata keçirdiyi əməliyyatlar, risklərin idarə olunması və maliyyə icarəsi fəaliyyəti üzərində nəzarətə dair daxili qaydalara malik olmalıdır.
İcarəyə verənlər hər bir icarəçi haqqında məlumatı AMB-nin müəyyən etdiyi qaydada qurumda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə, habelə "Kredit büroları haqqında" qanuna əsasən fəaliyyətdə olan azı bir kredit bürosuna təqdim etməli və həmin qanundan irəli gələn tələblərə əməl etməlidirlər.
İcarəyə verən maliyyə icarəsi fəaliyyətinin həyata keçirilməsi zamanı öhdəlik daşıyan şəxs qismində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunların tələblərinə riayət etməlidir.
İcarəyə verən maliyyə icarəsi fəaliyyətindən başqa qanunla qadağan edilməyən digər fəaliyyətlə də məşğul ola bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ali Məhkəmə lizinq ödənişləri ilə bağlı yaranan mübahisəyə aydınlıq gətirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb
-
Bakı metrosunun stansiya rəisi ÖLÜB
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib













