Səbinə Əliyeva: Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı təkliflər hazırlanıb
Far.Az xəbər saytı

Səbinə Əliyeva: Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı təkliflər hazırlanıb


Cari ildə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi, uşaqlar tərəfindən energetik içkilərin, habelə kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda Bakıda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, uşaqların rəqəmsal mühitdə qorunmasına dair sosial çarx və uşaq hüquqlarına dair maarifləndirici vəsait hazırlanaraq əhali arasında yayılması təmin edilib:

"Azərbaycanda ailə, qadın və uşaq məsələləri dövlət siyasətində mühüm yer tutur və ölkədə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə edilib".

Ombudsman qeyd edib ki, birgə tərəfdaşlıq və səylər nəticəsində ailə münasibətlərinin inkişafına, qadın və uşaqların hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinin təmininə nail olunacaq.

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər