Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub
Azərbaycanda tikinti sahəsində mövcud icazə prosedurları, tikinti obyektlərinin layihələndirilməsinin keyfiyyətinin artırılması, habelə bu sektorda çalışan sahibkarlarla aidiyyəti dövlət qurumları arasında birbaşa dialoq üçün əlavə çevik platformanın yaradılması məsələləri müzakirə edilib.
"Far.Az" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Komitənin təşəbbüsü və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə müvafiq dövlət orqanlarının və özəl sektorda çalışan şirkətlərin rəhbər şəxslərinin iştirakı ilə keçirilən tədbirdə aparılıb.
Məlumata əsasən, açıq fikir mübadiləsi çərçivəsində aparılan müzakirələr zamanı tikinti sahəsində mövcud aktual problemlər, təqdim olunan layihələrin keyfiyyət səviyyəsinin artırılması imkanları, mövcud qanunvericiliyin tələbləri və normativlər, Komitənin yaratdığı elektron icazə portalı (e-tikinti) üzərindən işin daha da təkmilləşdirilməsi, eləcə də tikinti obyektlərinin tikintisinə və istismarına icazə sənədlərinin alınması prosesində yaranan suallara aydınlıq gətirilib.
Görüşün nəticəsində iştirakçılar yarana biləcək məsələlərin çevik qaydada həll edilməsi üçün dövlət orqanları ilə sahibkarlar arasında əlaqələndirmə mexanizmi kimi bu formatda görüşlərin davamlı təşkil edilməsi barədə razılığa gəlmişdir.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
"Time" jurnalı 2026-cı ilin ən nüfuzlu şirkətlərinin siyahısını tərtib edib













