Dünya Bankı ilə "Yaşana bilən Bakı" layihəsi üzrə növbəti mərhələ müzakirə edilib
Maliyyə Nazirliyi və Dünya Bankı arasında "Yaşana bilən Bakı" layihəsi üzrə növbəti mərhələlərə hazırlıq müzakirə edilib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumaat görə, nazir müavini Himalay Məmişov ölkəmizdə səfərdə olan Dünya Bankının "Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri" (CRAIS) və "Yaşana bilən Bakı" layihələri üzrə identifikasiya missiyaları ilə görüş keçirib. Görüşdə Dünya Bankının Azərbaycanın kənd təsərrüfatı və ərzaq sektorunun inkişafına göstərdiyi dəstək, CRAIS layihəsinin hazırlanması və icrası, eləcə də "Yaşana bilən Bakı" layihəsi üzrə növbəti mərhələlərə hazırlıq məsələləri müzakirə olunub.
H.Məmişov Azərbaycanla Dünya Bankı arasında uzunmüddətli əməkdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edərək, kənd təsərrüfatı və suvarma infrastrukturunun modernləşdirilməsi, eləcə də şəhərsalma sahəsində görülən işlər barədə fikirlərini bölüşüb. Nazir müavini kənd təsərrüfatının dayanıqlı inkişafına və suvarma infrastrukturunun müasirləşdirilməsinə xidmət edən CRAIS layihəsinin fiskal çərçivə, investisiya prioritetləri, mərhələli yanaşma prinsipləri əsasında həyata keçiriləcəyini bildirib.
Eyni zamanda "Yaşana bilən Bakı" layihəsi çərçivəsində şəhər infrastrukturunun təkmilləşdirilməsi, ekoloji tarazlığın yaxşılaşdırılması və ictimai xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin kompleks yanaşma əsasında mərhələli şəkildə həyata keçiriləcəyi qeyd edilib.
Öz növbəsində, Avropa və Mərkəzi Asiya Regionunun Kənd Təsərrüfatı və Ərzaq üzrə regional meneceri Holger Kray Dünya Bankı ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O, qeyd edilən layihələrin Azərbaycanın kənd təsərrüfatı və şəhərsalma sahələrində dayanıqlı inkişafın dəstəklənməsində mühüm rol oynadığını, bu istiqamətdə institusional potensialın gücləndirilməsi və nəticəyönlü yanaşmanın tətbiqinin əhəmiyyətini vurğulayıb.
Görüş zamanı, həmçinin, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, cari layihələrin icra mexanizmlərinin təkmilləşdirilməsi və növbəti mərhələlər üzrə prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib - YENİLƏNİB
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk













