Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq?
Far.Az xəbər saytı

Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq?


Azərbaycan hökuməti Qarabağda infrastrukturu fəal şəkildə bərpa edir, regiona hər səfər zamanı irəliləyiş nəzərə çarpır.

Far.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov jurnalistlərə açıqlamasında bildirib.

Baş Qərvənd kəndində

"Biz bura hər dəfə gələndə irəliləyişi, Qarabağın inkişafını görürük", - deyə xarici diplomatik korpus nümayəndələrinin regiona səfəri çərçivəsində Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomat bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti xarici diplomatlara Qarabağın bərpa prosesini göstərməklə çox vacib bir missiya həyata keçirir.

Səfir qeyd edib ki, Slovakiya Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd (Qərvənd) kəndində "Ağıllı kənd" ("Smart Village") layihəsinin icrasını, ehtimal ki, 2026-cı ilin sonuna qədər başa çatdıracaq:

Elçin Qasımov, həmçinin Slovakiyanın yüksək vəzifəli rəsmi şəxslərinin Azərbaycana planlaşdırılan səfərləri barədə məlumat verib:

"Yaxın vaxtlarda parlamentin spikeri Rixard Raşinin və Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfərləri gözlənilir".

Qeyd edək ki, layihə müasir ekoloji texnologiyalardan istifadə etməklə kəndin bərpası və modernləşdirilməsini əhatə edir, yenidənqurma işlərini isə Slovakiya şirkətləri həyata keçirir. Baş Qərvənd kəndində layihələndirilən ərazinin ümumi sahəsi 476 hektar təşkil edir.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər