ABŞ-də benzin qiymətləri son 4 ilin maksimumuna çatıb
ABŞ-də yanacaq qiymətlərində ciddi artım qeydə alınıb.
Far.Az CNN-ə istinadən xəbər verir ki, adi benzinin bir qallonunun orta qiyməti 4,23 dollara çataraq son dörd ilin ən yüksək səviyyəsini yeniləyib.
Bildirilir ki, yalnız son bir həftə ərzində yanacaq 21 sent bahalaşıb ki, bu da təxminən 5% artım deməkdir. İran ətrafında vəziyyətin gərginləşməsindən bəri isə qiymətlər ümumilikdə təxminən 42% yüksəlib.
Bazara əlavə təzyiq neftin bahalaşması ilə bağlıdır. ABŞ nefti üzrə fyuçerslərin qiyməti yenidən bir barel üçün 100 dollar həddini keçib. Analitiklər yaxın vaxtlarda bu artım tendensiyasının davam edə biləcəyini istisna etmirlər.
Baş verənlər fonunda ABŞ Hörmüz boğazı ətrafında təhlükəsizliyi təmin etmək üçün beynəlxalq koalisiya yaradılmasını təklif edib. Planlaşdırılır ki, bu birlik çərçivəsində iştirakçılar məlumat mübadiləsi aparacaq, fəaliyyətlərini koordinasiya edəcək və sanksiyaların icrasına nəzarət edəcəklər. Qeyd olunur ki, bu struktur hərbi xarakter daşımayacaq.
Amerikaşünas politoloq Malek Dudakov bildirib ki, bu təşəbbüs məsuliyyətin müttəfiqlər arasında bölüşdürülməsinə yönəlib. Onun sözlərinə görə, təkliflər əsasən NATO-ya üzv Avropa ölkələrinə, həmçinin Yaponiya, Cənubi Koreya və Tayvan kimi Asiya dövlətlərinə ünvanlana bilər.
Ekspert qeyd edib ki, potensial iştirakçılar ictimai dəstək göstərsələr də, praktik addım atmağa tələsmirlər. Onun fikrincə, ölkələr mümkün eskalasiya risklərindən çəkinir və təhlükəsizlik zəmanətləri gözləyirlər.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Yaxın Şərqdə gərginlik fonunda neftin bahalaşması Azərbaycana necə təsir göstərəcək? - TƏHLİL
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb













