AİB regionunda kritik əhəmiyyətli mineral resursların tədarük zəncirlərinin inkişafı üçün sazişlər imzalanıb
Far.Az xəbər saytı

AİB regionunda kritik əhəmiyyətli mineral resursların tədarük zəncirlərinin inkişafı üçün sazişlər imzalanıb


Təmiz energetika, akkumulyatorlar, elektromobillər və rəqəmsal texnologiyalar üçün zəruri olan kritik əhəmiyyətli mineral resursların tədarük zəncirlərinin inkişafında Asiya və Sakit okean hövzəsi ölkələrini dəstəkləməyə yönəlmiş AİB-nin yeni maliyyə mexanizmi çərçivəsində sənədlərin imzalanması mərasimi keçirilib.

"Far.Az"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, sazişləri AİB-nin prezidenti Masato Kanda, Yaponiyanın maliyyə naziri Satsuki Katayama, Koreya İxrac-İdxal Bankının İdarə Heyətinin sədri və baş direktoru Kiveon Hvan, həmçinin Koreya Ticarət Sığortası Korporasiyasının (K-SURE) İdarə Heyətinin sədri və prezidenti Yanq Cin Canq imzalayıblar.

Yaponiya hökuməti qrant pəncərəsinə 20 milyon, Birləşmiş Krallıq hökuməti isə 1,6 milyon ABŞ dolları təqdim etməyi öhdəsinə götürüb.

"Export-Import Bank of Korea" və "Korea Trade Insurance Corporation" bu mexanizmin ilk tərəfdaşları qismində hər biri 500 milyon ABŞ dolları məbləğində memorandumlar imzalayıblar.

Bu mexanizm AİB-nin bütün regionda məsuliyyətli və dayanıqlı dəyər yaratma zəncirlərinin, kritik əhəmiyyətli mineral resursların hasilatından tutmuş istehsalına qədər dəstəklənməsinə yönəlmiş strategiyaya əsaslanır.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər