Azərbaycan ADB-nin Seçki Qrupunun iclasında iştirak edib
Far.Az xəbər saytı

Azərbaycan ADB-nin Seçki Qrupunun iclasında iştirak edib


Asiya İnkişaf Bankının (ADB) Özbəkistanın Səmərqənd şəhərində keçirilən 59-cu İllik Toplantısında iştirak edən maliyyə naziri Sahil Babayev bu gün Bankda Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun iclasında iştirak edib.

"Far.Az" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, iclasda ADB-nin strateji prioritetləri, Seçki Qrupunda təmsil olunan ölkələrdə həyata keçirilən layihələr, qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, eləcə də əməkdaşlığın dərinləşdirilməsi və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

S.Babayev Seçki Qrupu çərçivəsində formalaşmış səmərəli əməkdaşlıq platformasının üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsinə və ortaq inkişaf prioritetlərinin təşviqinə mühüm töhfə verdiyini bildirib. O, ADB ilə tərəfdaşlığın qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq prinsipləri əsasında davamlı şəkildə inkişaf etdiyini bildirib.

Nazir Azərbaycanın Orta Dəhliz çərçivəsində artan tranzit və logistika potensialına diqqət çəkərək, bu istiqamətdə ADB-nin dəstəyini xüsusi vurğulayıb, eyni zamanda nəqliyyat sektorunda rəqəmsallaşmanın tətbiqinin xidmətlərin daha səmərəli təşkilinə imkan verdiyini qeyd edib.

O, ADB-nin dəstəyi ilə həyata keçirilən dəmiryol infrastrukturunun modernləşdirilməsi, metro sisteminin genişləndirilməsi, enerji və su təsərrüfatı layihələrinin icrasının ölkəmizin iqtisadi şaxələndirmə və inklüziv artım hədəflərinə xidmət etdiyini bildirib.

Qeyd olunub ki, qlobal iqtisadi qeyri-müəyyənlik, enerji bazarlarında davam edən dəyişkənlik və geoiqtisadi risklər üzv dövlətlər qarşısında əlavə çağırışlar yaradır və bu şəraitdə makroiqtisadi sabitliyin qorunması, fiskal intizamın gücləndirilməsi və dayanıqlı infrastrukturun inkişafı xüsusi əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər