Makron: Fransa Hörmüz boğazının hərbi yolla açılmasında iştirak etmək niyyətində deyil
Far.Az xəbər saytı

Makron: Fransa Hörmüz boğazının hərbi yolla açılmasında iştirak etmək niyyətində deyil


Fransa Hörmüz boğazının açılması üçün heç bir hərbi əməliyyatda iştirak etmək niyyətində deyil.

"Report" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İrəvanda Avropa Siyasi Birliyinin sammiti ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.

"Bu gün mən vəziyyətə belə baxıram: əgər ABŞ Hörmüz boğazını açmaq istəyirsə və ya onun açılmasına kömək etməyə hazırdırsa – bu yaxşıdır, biz əvvəldən məhz bunu tələb edirik. Lakin mənim üçün aydın olmayan çərçivədə heç bir hərbi əməliyyatda iştirak etmək niyyətində deyilik", – Fransa lideri bəyan edib.

O, həmçinin vurğulayıb ki, Hörmüz boğazının açılması regionda davamlı sülhə nail olmaq üçün ABŞ və İran arasında razılaşdırılmalıdır.

"Biz ilk növbədə istəyirik ki, Hörmüz boğazının açılması İran və ABŞ arasında razılaşdırılmış şəkildə həyata keçirilsin. Bu, məhdudiyyətlər və əlavə rüsumlar olmadan sərbəst gəmiçiliyi bərpa etməyə imkan verəcək yeganə davamlı həll yoludur", – o əlavə edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər