Rusiyada vətəndaşlıq üçün rüsum artırıla bilər – yeni qanun layihəsi təqdim olunub
Rusiya Dövlət Dumasına Rusiya vətəndaşlığının əldə edilməsi ilə bağlı dövlət rüsumlarının artırılmasını nəzərdə tutan yeni qanun layihəsi təqdim edilib.
Far.Az xarici mətbuata istinadən xəbər verir ki, layihəyə əlavə olunan izahat sənədlərinə əsasən, Rusiya vətəndaşlığına qəbul və ondan çıxış üçün ödənişin 50 min rubla qədər artırılması təklif olunur.
Bundan başqa, sənəddə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün də bir sıra rüsumların artırılması nəzərdə tutulur. Belə ki, yaşayış icazəsinin verilməsi və dəyişdirilməsi üçün ödənişin 30 min rubla, şəxsiyyəti təsdiq edən sənədin itirilməsi səbəbindən müvəqqəti yaşama icazəsinin alınması üçün isə 5 min rubla qədər artırılması planlaşdırılır.
Eyni zamanda, keçmiş SSRİ-də doğulmuş şəxslər, eləcə də Rusiyaya köçürülmə üzrə dövlət proqramının iştirakçıları və onların ailə üzvləri üçün vətəndaşlığın pulsuz verilməsi təklif olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













