Azərbaycan ADB-nin gələcək fəaliyyəti üçün əsas amilləri açıqlayıb
Azərbaycan Asiya İnkişaf Bankını (ADB) operativliyi, çevikliyi və innovativliyi artırmağa çağırır.
"Far.Az"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasının 59-cu illik toplantısı çərçivəsində rəhbərlərin işgüzar sessiyasında bildirib.
"ADB-nin öz operativliyini, çevikliyini və innovativliyini artırmağa davam etməsi son dərəcə vacibdir. Proqram əməliyyatlarına dəstəyin gücləndirilməsi, texniki yardımın genişləndirilməsi və rəqabətədavamlı maliyyələşdirmə şərtlərinin təmin edilməsi bankın güclü imkanlarının qorunması üçün əsas amillər olacaq", - nazir deyib.
Onun sözlərinə görə, ADB-nin müqayisəli üstünlüyü yalnız onun maliyyə resurslarında deyil, həm də bilik, ekspertiza və tərəfdaşlıq qurmaq bacarığındadır. "Biz bankı getdikcə daha mürəkkəb və bir-biri ilə əlaqəli olan inkişaf vəzifələrini həll etmək üçün bundan sonra da bu güclü tərəflərdən istifadə etməyə çağırırıq", - o bildirib.
S. Babayev vurğulayıb ki, 2025-ci ildə ADB müxtəlif layihələrin həyata keçirilməsinə geniş spektrli maliyyə alətləri vasitəsilə 29,3 milyard ABŞ dolları ayırıb. "Bu, 2024-cü illə müqayisədə 20 % çoxdur, bu da ADB-nin əməliyyat fəaliyyətinin əhəmiyyətli dərəcədə artmasını göstərir. ADB-nin maliyyə sektoruna investisiyaları əhəmiyyətli dərəcədə artaraq 7,3 milyard ABŞ dollarına çatıb. Bu islahatlar maliyyə sistemlərinin gücləndirilməsinə, kapital bazarlarının dərinləşdirilməsinə və xüsusilə mikro, kiçik və orta müəssisələr üçün maliyyə əlçatanlığının genişləndirilməsinə yönəlib", - o əlavə edib.
Nazir qeyd edib ki, ötən il ADB dayanıqlı və inklüziv şəhər inkişafının əsas elementlərinin yaxşılaşdırılmasına diqqət yetirməklə, şəhər infrastrukturu sahəsində tərəfdaş ölkələrdəki layihələrin dəstəklənməsinə 2,1 milyard ABŞ dolları yönəldib. "Bankın dəyişməz olaraq keyfiyyətli infrastruktura, rəqəmsal transformasiyaya və regional əlaqəliliyə diqqət yetirməsi xüsusi əhəmiyyət kəsb edir. Bankın inkişaf etməkdə olan üzv ölkələrdə ərzaq təhlükəsizliyi, enerji dayanıqlılığı və fiskal sabitliyin gücləndirilməsi istiqamətindəki səyləri vaxtında atılmış addımlardır və yüksək qiymətləndirilməyə layiqdir", - Babayev vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













