Fransa ADB-ni yerli valyutalarda maliyyələşdirməni genişləndirməyə çağırır
Fransa Asiya İnkişaf Bankına (ADB) milli valyutalarda maliyyələşdirmənin artırılması üçün mexanizmlərin hazırlanmasını dayandırmamaq barədə çağırış ilə müraciət edir.
"Far.Az"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu bəyanatla Fransa üzrə müvəqqəti rəhbər müavini olan Antuan Berjero ADB-nin Direktorlar Şurasının 59-cu illik iclası çərçivəsində rəhbərlərin işgüzar sessiyasında çıxış edib.
O qeyd edib ki, Fransa tərəfi həm də ADB-yə müraciət edərək, milli tədbirlərin və donor dəstəyinin daxil edilə biləcəyi uzunmüddətli keçid strategiyalarının formalaşdırılmasında öz müştərilərinə kömək göstərilməsi istiqamətində səylərini artırmağı xahiş edir.
"Bununla yanaşı, qısamüddətli perspektivdə iqtisadi artım və inkişaf prioritetlərini nəzərə almaqla qalıq yanacaqlarından asılılığın azaldılması üçün tələb olunan bütün siyasi məsləhətləri və yardımı təmin etmək lazımdır. Bu kontekstdə Fransa ADB-ni "regionun iqlim bankı"na çevrilmək istiqamətində işləri davam etdirməyə çağırır", - A.Berjero vurğulayıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
-
Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib
-
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
-
Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?













