Zelenski Ukrayna-Ermənistan hökumətlərarası komissiyasının iclasını Kiyevdə keçirməyi təklif edib
Far.Az xəbər saytı

Zelenski Ukrayna-Ermənistan hökumətlərarası komissiyasının iclasını Kiyevdə keçirməyi təklif edib


Ukrayna Prezidenti Volodimir Zelenski 2026-cı ildə Ukrayna və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın iclasını Kiyevdə keçirməyi təklif edib.

"Far.Az" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, təklif İrəvanda "Avropa Siyasi Birliyi" sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş zamanı səsləndirilib.

Tərəflər iqtisadi tərəfdaşlığın inkişafını, regiondakı vəziyyəti və təhlükəsizlik məsələlərini, eləcə də sülhə nail olmaq üçün səyləri müzakirə ediblər.

"Biz həmçinin iqtisadi tərəfdaşlığımızın inkişafını müzakirə etdik. Mən iqtisadi əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın işini bərpa etməyi və onun növbəti görüşünü bu il Kiyevdə keçirməyi təklif etdim", -Zelenski yazıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər