Əhməd Cavadın doğum günüdür – 134 il ötür
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycanın Dövlət himninin sözlərinin müəllifi, şair və tərcüməçi Əhməd Cavadın doğum günüdür. Onun anadan olmasından 134 il ötür.
Əsl adı Axundzadə Cavad Məhəmmədəli oğlu olan şair 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir bölgəsinin Seyfəli kəndində dünyaya gəlib. O, 1906–1912-ci illərdə Gəncə ruhani seminariyasında, daha sonra 1922–1927-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsil alıb.
Əhməd Cavad Azərbaycan ədəbi fikir tarixində istiqlal ideyalarının əsas təbliğatçılarından biri kimi tanınır. Onun yaradıcılığında azadlıq, milli kimlik və vətən sevgisi aparıcı mövzulardandır. Şairin əsərləri xalqın müstəqillik arzularını poetik dillə ifadə edir və güclü vətənpərvərlik ruhu ilə seçilir.
O, müxtəlif dövrlərdə Quba Xalq Maarif Şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim və kafedra müdiri, eləcə də Azərbaycan Dövlət Nəşriyyatında redaktor və "Azərbaycanfilm" studiyasında şöbə rəhbəri kimi fəaliyyət göstərib.
Şeirləri 1913-cü ildən nəşr olunmağa başlayan şairin ilk kitabı "Qoşma" 1916-cı ildə çap edilib. 1919-cu ildə "Dalğa", 1928-ci ildə isə İstanbulda "İstiqlal uğrunda şeirlər" kitabı işıq üzü görüb.
Əhməd Cavad dövrünün ictimai-siyasi proseslərində fəal iştirak edib. O, 1930-cu illərin repressiyaları zamanı sovet rejimi tərəfindən təqiblərə məruz qalıb, əsassız ittihamlarla həbs edilərək 1937-ci ildə repressiya qurbanı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şairin 130 illik yubileyinin qeyd olunması ilə bağlı müvafiq sərəncam imzalayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Əhməd Cavadın anadan olmasından 133 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB
-
Qaradağda vulkan püskürüb













