Mehmet Fatih Kacır: Türkiyə müdafiə sənayesində yerli istehsalın payı 80 %-i ötüb
Türkiyə müdafiə sənayesində yerli istehsalın payı 80 %-i ötüb.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır İstanbulda keçirilən "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesində strateji dönüş və texnoloji müstəqillik güclənir:
"Türkiyə son illərdə yerli və milli müdafiə sənayesini inkişaf etdirərək xarici asılılığı əhəmiyyətli dərəcədə azaldıb. Artıq ölkə müdafiə sənayesində yerli istehsalın payını 20 %-dən 80 %-dən yuxarı səviyyəyə qaldırıb".
Nazir Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalında dünyanın aparıcı ölkələrindən birinə çevrildiyini də söyləyib:
"Hazırda "KAAN" adlı beşinci nəsil döyüş təyyarəsinin sınaq uçuşu başlayıb, "Kızılelma" pilotsuz təyyarəsi və digər pilotsuz hərbi vasitələr inkişaf etdirilir. Bundan əlavə, "Gökdoğan" və "Bozdoğan" raketləri ilə bağlı mühüm irəliləyişlər əldə olunub, "Altay" tankı ordunun istifadəsinə verilib, "Dəmir qübbə" hava hücumundan müdafiə sistemi isə aktiv şəkildə tətbiq olunur".
M.Kacır həmçinin vurğulayıb ki, Türkiyə müdafiə sənayesində əldə etdiyi nailiyyətlər sayəsində artıq hərbi məhsullar ixrac edən ölkəyə çevrilib və bu sahədə texnoloji müstəqilliyini daha da möhkəmləndirir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
"Bayraktar Kızılelma" aviasiya tarixində ilkə imza atdı
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
-
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb













