Azərbaycan Türkiyə ilə birlikdə "SİVRİSİNEK" adlı PUA istehsal edəcək
Azərbaycan Türkiyə ilə birlikdə "SİVRİSİNEK" adlı pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.
Bunu "Report"un Türkiyəyə ezam olunan əməkdaşının sualına cavab olaraq "Baykar" şirkətinin baş direktoru, "SAHA" İstanbul İdarə Heyətinin sədri Haluk Bayraktar deyib.
O bildirib ki, "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənayesi Sərgisində nümayiş edilən bütün PUA-lar Azərbaycanda olan zavodlarda istehsal ediləcək. Onlardan biri də "SİVRİSİNEK" adlı pilotsuz uçuş aparatıdır:
"Bu PUA müasir hərbi texnologiyalar sırasında diqqət çəkir. Kiçikölçülü bu aparat əsasən yer hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulub".
Qeyd edək ki, sözügedən aparatın uçuş məsafəsi versiyadan asılı olaraq təxminən 900–1000 kilometr təşkil edir. Bundan əlavə, sistem "fire and forget" (at və unut) prinsipi ilə işləyir və bəzi modellərdə 10 km-dən 80 km-dən artıq hədəf vurma imkanına malikdir.
PUA-nın uzunluğu təxminən 3.8 metr, qanad açıqlığı isə 3.2 metrdir. Maksimum uçuş müddəti 8–9 saatdan çox ola bilir. Saatda təxminən 55 düyün və ya dəniz mili (1 dəniz mili 1.852 km-ə bərabərdir - red.) sürəti ilə hərəkət edir.
"SİVRİSİNEK" katapult vasitəsilə buraxılır, daxili yanma mühərriki ilə işləyir və süni intellekt dəstəyi ilə hədəftanıma funksiyasına malikdir. Sistem GNSS və elektro-optik idarəetmə ilə təchiz olunub.
Mütəxəssislərin fikrincə, bu tip PUA-lar həm müşahidə, həm də zərbə əməliyyatlarında istifadə oluna bilər və müasir döyüş şəraitində çevik, effektiv vasitə hesab olunur.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13 zamanı Bakıda geniş nəqliyyat planı tətbiq olunacaq
-
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
-
"Tanjug": Azərbaycan dünyada ən çox palçıq vulkanına sahib ölkədir
-
Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb
-
Tramp neft qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdırıb
-
Bakıda Azərbaycan-İtaliya biznes-forumunun keçirilməsi planlaşdırılır













