KXDR Baş Qərargahı sərhəddəki artilleriyanı hazır vəziyyətə gətirməyi əmr edib
Far.Az xəbər saytı

KXDR Baş Qərargahı sərhəddəki artilleriyanı hazır vəziyyətə gətirməyi əmr edib


Koreya Xalq Ordusunun (KXO) Baş Qərargahı sərhəd xətti yaxınlığındakı artilleriya birləşmələrini atəşə tam hazır vəziyyətə gətirməyi əmr edib.

“Far.Az” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, “KXDR Müdafiə Nazirliyinin nümayəndəsi KXO Baş Qərargahının 12 oktyabr tarixli ilkin əməliyyat əmrini elan edib”. Əmrə əsasən, sərhəd xətti yaxınlığındakı artilleriya birləşmələri və mühüm atəş tapşırığının yerinə yetirilməsinə cavabdeh olan hissələr atəşə tam hazır vəziyyətdə olmalıdırlar.

Müdafiə Nazirliyinin əməkdaşı həmçinin əlavə edib ki, bu əmr hərbi vəziyyət ştatı üzrə komplektləşdirilmiş səkkiz artilleriya briqadasına aiddir. KXDR hərbiçiləri 13 oktyabr yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə 15:00) qədər tam hazırlıq vəziyyətinə keçməli idilər ki, bundan sonra onlara yalnız atəş açmaq əmrini gözləmək qalacaqdı.

KXO Baş Qərargahı bütün səviyyələrdə hissə və bölmələrə müşahidə və qarovul xidmətini gücləndirməyi əmr edib. Bununla əlaqədar olaraq Pxenyanda HHM müşahidə məntəqələri gücləndirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər