Keti Perri Bakıya gəlir
Dünyaşöhrətli Keti Perri bu il keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisində səhnə alacaq.
BAKU.WS xəbər verir ki, "Formula-1" Azərbaycan Qran-prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli atmosfer vəd edir.
Yubiley proqramının əsas hadisələrindən biri isə dünyaşöhrətli ifaçı Keti Perrinin Bakıda səhnə alması olacaq. Qlobal musiqi səhnəsinin ən parlaq və nüfuzlu simalarından biri olan sənətçi 25 sentyabr tarixində keçiriləcək xüsusi gecədə minlərlə "Formula-1" azarkeşinə unudulmaz şou təqdim edəcək.
Keti Perri beynəlxalq musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. Sənətçinin mahnıları ümumilikdə 115 milyarddan çox dinlənmə toplayıb, albom satışları isə 70 milyonu ötüb. "Firework", "Roar" və "Dark Horse" kimi qlobal hitləri ilə yeddi "Diamond" sertifikatı qazanan müğənni rekordlar qıran dünya turları və möhtəşəm səhnə performansları ilə tanınır.
Daha əvvəl məlumat verildiyi kimi, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Kelvin Harris də çıxış edəcək. İndi isə bu möhtəşəm siyahıya qlobal səhnənin ən tanınmış ifaçılarından biri - Keti Perri qoşulur. Beləliklə," Formula-1" Azərbaycan Qran-prisinin 10 illik yubileyi yalnız tras üzərindəki həyəcanla deyil, həm də Bakıda keçiriləcək möhtəşəm musiqi proqramı ilə yadda qalacaq. Keti Perrinin çıxışı isə yarış həftəsonuna minlərlə azarkeş üçün unudulmaz atmosfer, emosiyalar və festival ruhu qatacaq.
Yarış həftəsonuna 4 günlük bilet sahibləri yüksəksürətli trek yarışlarını və möhtəşəm konsert proqramlarını izləmək üçün eksklüziv imkan qazanacaq.
Oxşar xəbərlər
F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
Bakıda "Qərbi azərbaycanlıların milli geyim irsi" albom-kitabın təqdimatı keçirilib
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
-
Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib
-
Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu
-
Azercell Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi
-
Sumqayıtda avtomobil yolu çöküb
-
"Met Gala 2026"nın ən çox müzakirə olunanları - SİYAHI













