Paşinyan: "Rusiya Dəmir Yolları"nın rəhbərinin ölkəmizə səfəri zamanı konsessiya məsələsi müzakirə olunacaq
Far.Az xəbər saytı

Paşinyan: "Rusiya Dəmir Yolları"nın rəhbərinin ölkəmizə səfəri zamanı konsessiya məsələsi müzakirə olunacaq


"Rusiya Dəmir Yolları"nın (RJD) rəhbəri Oleq Belozorov gələn həftə Ermənistana səfər edəcək, burada Ermənistan rəhbərliyi ilə dəmir yolları üzrə konsessiya məsələsini müzakirə edəcək.

"Far.Az" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.

"Biz iş müzakirəsi aparacağıq və onun nəticələrindən müəyyən qənaətlərə gələcəyik", - Paşinyan deyib.

Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçukun səsləndirdiyi Türkiyə və Azərbaycanla sərhəd dəmir yolu qovşaqlarının bərpasına dair rus tərəfinin təklifləri barədə suala cavab verən Paşinyan əlavə edib ki, bu işlərin aparılmasında Qazaxıstan şirkətlərindən biri də maraqlıdır.

Xatırladaq ki, 2008-ci ilin fevralında Ermənistanın dəmir yolu infrastrukturu 30 il müddətinə daha 10 il uzadılma hüququ ilə CJDY-nin konsessiya idarəçiliyinə verilib.

Mövcud rus konsessiyasının yenidən nəzərdən keçirilməsi mövzusu Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərdəki dəmir yolu sahələrinin bərpası planları fonunda ortaya çıxıb. Mayda baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistan hökuməti onların yenidən qurulmasını öz hesabına həyata keçirməyə hazırdır.

Paşinyan Moskvaya konsessiyanın dost üçüncü ölkəyə verilməsi imkanını nəzərdən keçirməyi təklif edib, lakin Rusiya Federasiyasının nəqliyyat naziri Andrey Nikitin sonradan bu məsələnin müzakirə olunmadığını bəyan edib.

Oxşar xəbərlər

Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər