Azərbaycanın 26 cüdoçusu Qoridə keçiriləcək Avropa Kubokunda iştirak edəcək
Gürcüstanın Qori şəhərində keçiriləcək böyüklər arasında Avropa Kubokunda Azərbaycanın 26 cüdoçusu mübarizə aparacaq.
Azərbaycan Cüdo Federasiyasından "Far.Az"a verilən məlumata görə, idmançılar 9 çəki dərəcəsində (23 kişi, 3 qadın) ölkəni təmsil edəcəklər.
Kişilərdən Babarəhim Mirzəyev, Murad Əliyev, Murad Muradlı, Məhəmməd Məmişov, Şamo Hüseynov (hamısı 60 kq), Yaşar Nəcəfov, Hüseyn Allahyarov, Zahir Ağazadə, İslam Rəhimov, Nizami İmranov, Bəhram Qurbanlı, Elşən Əsədov, Nazir Talıbov (hamısı 66 kq), Nadir İmanov, Rüfət Şövlətov, Nəriman Mirzəyev, Elton İmranov (hamısı 73 kq), Xəyyam Əliyev (90 kq), Nihad Şıxəlizadə, Əjdər Bağırov, Şahin Əsədov, Elmar Qasımov (hamısı 100 kq), Qurban Məmmədli (+100 kq), qadınlardan Diana Tçkayeva (48 kq), Ülviyyə Bayramova (57 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.
Heyətə kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.
Xatırladaq ki, turnir mayın 9-10-da baş tutacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
AÇ: Zelim Kotsoyev diskvalifikasiya edilib, Azərbaycan yığması turniri 4 medalla başa vurub - YENİLƏNİB-6
İdmançılarımız Batumidə rinqə çıxacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













