Taleh Kazımov: "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür"
Far.Az xəbər saytı

Taleh Kazımov: "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür"


Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Bəzən gün ərzində bir şəxsin hesabına 10, 50, 100, 200 manat olmaqla müxtəlif kartlardan mədaxillər olur. Bank bunu təhlil eləyəndə bəzən şübhələnir, əməliyyatlar barədə məlumatları qanuna əsasən Maliyyə Monitorinqi Xidmətinə göndərir. Xidmət özü də təhlil eləyib bu qənaətə gəlsə ki, burada vergidən yayınma halı var, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, dövlət qurumları fərdi şəxslərlə bağlı daha çox məlumat əldə etmək istəyirlər: "Bu, bank sektoruna inamı azalda biləcəyi üçün mən tənzimləyici qurmunun rəhbəri kimi onu dəstəkləmirəm. Amma haqlı olaraq soruşa bilərik ki, debet kart sahibkarlıq fəaliyyəti üçün niyə istifadə olunur? Qanun bu gün deyir ki, banklar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların bank məlumatlarını ayda bir dəfə Dövlət Vergi Xidmətinə verməlidir. Amma kart VÖEN-lə bağlı deyilsə, proses tamamilə fərqli olur. Əgər bir şəxsə gündə 50 dəfə "Card-to-card" mədaxili olursa, bu, şübhə oyatmalıdır".

"Qanunvericilik bu gün fərdi məlumatları qoruyur. Amma kimsə şübhəli əməliyyatlar edirsə, bunlar, yoxlanılmalıdır. Vergidən yayınmadan başqa burada dələduzluq, çirkli pulların yuyulması da ola bilər. Nə olsun fərdi məlumatdır? Mən hesab edirəm ki, sizə mənbəyi müəyyən olmayan məbləğlər gəlir. Maliyyə Monitorinqi Xidməti də bunu təhlil edir".

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
60 ildir qorunan inanılmaz ÖZƏLLİK - Sakinlər də buna riayət edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər