Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur
Far.Az xəbər saytı

Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur


Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, sadəcə, hansısa obyekt müştərilərin onları rahat tapa bilməsi üçün bu köhnə adlardan istifadə edir:

"Məsələn, reklam edilir ki, tədris kursu "Montin"də yerləşir. Halbuki bu adda yer yoxdur. Mən bunu özüm araşdırmışam. Ümumilikdə, yer adlarının dəyişdirilməsi məsələsini Milli Məclis yanında Toponimiya komissiyası ciddi araşdırır. Əgər ərazinin kökü varsa, axtarıb tapılır. Məsələn, vaxtilə biz Şəmkirdə Çardaqlı kəndini Çənlibel etdik. Halbuki ikisi də türk mənşəlidir. Yəni, kökü müəyyən ediləndən sonra adların dəyişdirilməsi tövsiyə oluna bilər".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər