Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər
Far.Az xəbər saytı

Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər


Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın aylarda bank sektorunda əmək bürokratizasiyası həyata keçirməyi planlaşdırır.

Far.Az report-a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Bankların xərcləri artır. Çünki bir tərəfdən, son illər inflyasiya yüksək olub, digər tərəfdən isə bu sektorda dayanıqlılığın təmin edilməsi üçün əlavə tələblər qoymuşuq. Xüsusilə informasiya texnologiyaları (İT) infrastrukturu, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi üçün indiyə qədər olmamış tələblər qoyulub. Həmçinin dövlətin tənzimlədiyi qiymətlərin artımı bankların xərclərinə təsir edir. Üstəlik, rəqabət güclüdür, bu da faizlərə təsirini göstərəcək.

Əsas istəyimiz odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müvafiq inteqrasiyaları həyata keçirək, həm dövlət, həm özəl sektorda çalışan şəxslər istədiyi bankdan maaşını ala bilsin. Növbəti mərhələdə bu, pensiyaçılara da aid olacaq, xüsusilə Bakı şəhərini və Abşeron rayonunu əhatə edəcək. Ümumilikdə biz bu prosesi vətəndaş üçün çox sadə etmək istəyirik. Odur ki, həm İT infrastrukturu, həm də proqram təminatı nöqteyi-nəzərindən işlər görülməlidir. Yəqin ki, üç-dörd aya biz buna nail olacağıq", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda maaş almaq üçün könüllü bank seçimi 3-4 aya mümkün olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər