Azərbaycan və Türkiyə biznes əməkdaşlığının inkişafını müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan və Türkiyə biznes əməkdaşlığının inkişafını müzakirə edib


Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Türkiyənin İsparta Ticarət və Sənaye Palatası İdarə heyətinin sədri Metin Çelik ilə görüşündə edilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti və genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkə arasında biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı sənaye, kənd təsərrüfatı, turizm və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, iş adamları arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin təşviqi imkanları diqqətə çatdırılıb.

Tərəflər qeyd ediblər ki, bu cür görüşlər Azərbaycan ilə Türkiyə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə, qarşılıqlı investisiyaların artmasına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına mühüm töhfə verir.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər