Azərbaycan millisinin baş məşqçisi Boris Qrebennikov: "Döyüşkən kollektiv formalaşdırmaq əsas vəzifəmizdir"
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin bu mövsüm əsas məqsədi vahid məqsəd uğrunda birləşən, döyüşkən kollektiv formalaşdırmaqdır.
Bu barədə "Far.Az"a komandanın baş məşqçisi Boris Qrebennikov açıqlama verib.
Mütəxəssis hədəflərinin böyük olduğunu bildirib:
"Milli komanda üçün bu mövsüm əsas vəzifə vahid məqsəd uğrunda birləşən, döyüşkən kollektiv formalaşdırmaqdır. Bütün oyunçular eyni hədəf və istək, qalib gəlmək arzusu ilə mübarizə aparmalıdırlar. Məncə, ən vacib məsələ də məhz budur. Əlbəttə, reytinq cədvəlində mümkün qədər yüksək pillələrdə qərarlaşmaq istəyirik və düşünürəm ki, qarşımızda ən yüksək hədəflər dayanır".
B.Qrebennikov Avropa Liqasına hazırlıqdan da söz açıb:
"Komanda mayın 4-də bir araya gəlib və hazırlığı 22-dək Bakıda davam etdirəcək. Mayın 22-dən sonra isə Minskə yollanacağıq və hazırlığı Belarusun paytaxtında davam etdirəcəyik. Orada bir neçə yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulub. Hazırlığın ilk həftəsi daha çox başlanğıc və uyğunlaşma xarakteri daşıyır. Məqsəd bütün oyunçuları eyni fiziki hazırlıq səviyyəsinə gətirməkdir. Çünki voleybolçuların bir hissəsi bu yaxınlarda pley-off oyunlarında iştirak edib və mükafatlar uğrunda mübarizə aparıb. Digər qrup isə pley-offda oynamadığı üçün onların fasiləsi bir qədər uzun olub. Buna görə məşqçilər korpusunun əsas vəzifəsi bütün oyunçuları eyni fiziki kondisiya səviyyəsinə çatdırmaqdır".
Baş məşqçi turnirdəki hədəflərdən də danışıb:
"Bu mövsüm üçün konkret hədəflər müəyyənləşdirilib. Komandada gəncləşmə prosesi gedir. Gənclərdən ibarət millidən 4 oyunçu əsas yığmaya cəlb olunub. Məşqçilər korpusunun əsas məqsədi onları mümkün qədər tez yığmanın səviyyəsinə uyğunlaşdırmaq, beynəlxalq təcrübə qazandırmaq və döyüşkən kollektiv formalaşdırmaqdır. Hazırlıq çox ciddi şəkildə davam edir. Bu il rəqiblərimiz olduqca güclüdür. Demək olar ki, bütün komandalar əsas heyətlə çıxış edəcəklər. Buna görə beynəlxalq mövsüm çox çətin keçəcək. Amma düşünürəm ki, məqsədlərimizə çata bilərik".
Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları iyunun 5-7-dəə İsveçdə keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
Martin Çunqonq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub
-
ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb
-
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi
-
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
-
Ayxan Hacızadə: Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik












