Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
Far.Az xəbər saytı

Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb


Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb.

"Far.Az" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Aviasiya Akademiyasında tələbələrlə görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Baş Prokurorluğu gündən-günə əməkdaşlıqlarını genişləndirir:

"Azərbaycan Baş Prokurorluğu intensiv beynəlxalq əməkdşalıqlar qurur. Türk Dövlətləri Təşkilatı (TDT), MDB, Avropa İttifaqı və Beynəlxalq Prokurorlar Assosiasiyasını buna misal göstərə bilərik".

K.Əliyev Monqolustanla əlaqələrə diqqət çəkərək qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq üçün potensial mövcuddur:

"Azərbaycanla Monqolustan arasında əməkdaşlığın praktiki nəticələri olacaq".

Qeyd edək ki, Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqçı hazırda Azərbaycanda səfərdədir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Polis Akademiyasında beynəlxalq konfrans keçirilib
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib
Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər