Sirikdə partlayış və Bəndər-Abbasa PUA hücumu xəbərləri təkzib edilib
İranın Bəndər-Abbas limanında partlayışın baş verməsi, ardınca həmin ərazidə ABŞ-yə aid iki dronun vurulması barədə xəbərlər yayılıb.
"Far.Az" "Tasnim"ə istinadən xəbər verir ki, dron hücumu ilə bağlı informasiya təsdiqlənməyib.
"Bəzi mənbələr bildirir ki, Bəndər-Abbasın hava hücumundan müdafiə sisteminin qarşılaşdığı iki dron məhv edilib", - məlumatda bildirilib və bu xəbərin təsdiqlənmədiyi əlavə olunub.
Bildirilib ki, bu limandakı partlayış səsi hava hücumundan müdafiə sisteminin fəaliyyəti ilə bağlıdır: "Bu hadisə Keşmdəki Bəhmən limanında baş vermiş partlayışdan fərqlənir".
Bununla yanaşı, Hörmüz boğazının sahilində yerləşən İranın Sirik şəhərində partlayışın baş verməsi xəbəri də təkzib olunub. "Sirikdə eşidilən səs İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin bəzi gəmilərə qanunsuz hərəkət barədə xəbərdarlığı ilə əlaqədardır", - məlumatda vurğulanıb.
Qeyd edək ki, daha əvvəl Keşm adası və Bəndər-Abbas limanının ərazisində bir neçə partlayış səsinin eşidildiyi barədə xəbər yayılıb. Bəzi mənbələr Birləşmiş Ərəb Əmirliklərinin qırıcıları vasitəsilə Bəndər-Abbas limanının bombalandığını iddia edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarına zərbələr endirib.
İran, ABŞ və müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə su yolunun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.
Oxşar xəbərlər
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Rusiyanın PUA hücumundan sonra Kiyev
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Həsrət Cəfərov: "Özümü böyük futbol azarkeşi hesab etməsəm də, "Qarabağ"ın oyunlarını izləyirəm"
-
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirilib













