AFFA Naxçıvanda hakimlər üçün seminar keçirir
Far.Az xəbər saytı

AFFA Naxçıvanda hakimlər üçün seminar keçirir


AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvanda hakimlər üçün seminar keçirilir.

"Far.Az" xəbər verir ki, seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, fitnes məşqçisi Namik Quliyev, Hakimlər Departamentinin mütəxəssisi Bəxtiyar Osmanov və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik edirlər.

Ömər Paşayev strukturun yaradılması, yeni hakimlərin cəlb edilmə strategiyası, Anar Salmanov teoretik və praktik dərslər, Namik Quliyev fiziki hazırlıq, Bəxtiyar Osmanov isə yarışların idarəetmə sistemi, qeydiyyat və istifadə qaydası ilə bağlı məlumat verirlər.

Məqsəd hakimlərin teoretik, praktiki və fiziki hazırlıqlarının inkişaf etdirilməsi, yeni hakimlərin cəlb edilməsinin strategiyası və strukturun yaradılması olub.

Seminara avqustun 22-də yekun vurulacaq.

Oxşar xəbərlər

İxtisaslarını yaxşı bilən müəllimlərin başağrısına çevrilən kurikulum: Problem nədədir?
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Vladimir Putini Azərbaycana gətirən səbəb - Bakı ilə Moskva hansı istiqaməti götürürlər?
Toyota Prius: Hibrid Avtomobillərin atası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər