Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ: Yol qismən BAĞLANDI - FOTO
Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib. Son günlər ölkənin dağlıq və dağətəyi bölgələrində müşahidə olunan intensiv yağıntılar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlara səbəb olub. Yolun 147-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, sürüşmə, əsasən, yolun bir hərəkət zolağında qeydə alınıb. Nəticədə yolun mühafizə zolağı və çiyin hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Təhlükə nəzərə alınaraq ikizolaqlı avtomobil yolunun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bir zolaq üzrə təşkil edilib.
Əraziyə xəbərdaredici nişanlar yerləşdirilib, təhlükəli hissə xüsusi lentlərlə işarələnib. Yol polisi tərəfindən hərəkətə nəzarət edilir, sürücülərə sürət həddini minimuma endirmək və ehtiyatlı olmaq tövsiyə olunur.
Xatırladaq ki, sözügedən ərazidə ötən ilin yaz aylarında da torpaq sürüşməsi baş vermişdi.
Qalereya
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Bakıda yanğın təhlükəsizliyi pozulan topdansatış mağazası bağlandı
Qubada torpaq sürüşməsi baş verən kəndə ərzaq yardımı göndərilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniyada yazılı konstitusiyanın hazırlanması gündəmdədir
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib
-
Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar
-
Türkiyədə baş verən yol qəzasında iki nəfər ölüb













