ADA Universitetində "MyLibAI" platformasının təqdimatı keçirilib
ADA Universitetində tələbələr tərəfindən hazırlanmış süni intellekt əsaslı "MyLibAI" kitabxana informasiya axtarış platformasının təqdimatı keçirilib.
Bu barədə "Report"a ADA Universitetindən məlumat verilib.
Bildirilib ki, informasiya texnologiyaları və mühəndislik fakültəsi tələbələrinin ərsəyə gətirdikləri bu innovativ layihə ilə akademik resurslara çıxışın müasir standartlara uyğunlaşdırılmasına nail olublar.
"MyLibAI" platforması ADA Universitetinin kitabxana fondunda yer alan 46 mindən çox resursu, o cümlədən kitablar, dissertasiyalar və elmi məqalələri əhatə edən hibrid axtarış sistemidir. Bu platformanı ənənəvi açar söz əsaslı sistemlərdən fərqləndirən əsas cəhət istifadəçi sorğularını semantik səviyyədə təhlil etmək bacarığıdır. Belə ki, istifadəçilər konkret başlıq və ya müəllif adını dəqiq bilmədən, öz ehtiyaclarını təbii dildə ifadə etməklə effektiv axtarış apara bilərlər. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən platforma geniş istifadəçi auditoriyası üçün əlçatanlıq təmin edərək elmi araşdırmaların sürətlənməsinə xidmət edir.
ADA Universitetinin akademik məsələlər üzrə prorektoru Elkin Nurməmmədov layihənin akademik kitabxana xidmətlərinin rəqəmsal transformasiyası istiqamətində mühüm nailiyyət olduğunu vurğulayıb. O, tələbələrin hazırladığı bu sistemin informasiya resurslarına çıxışı daha çevik və səmərəli etdiyini diqqətə çatdırıb.
Kembric Universitetinin professoru Qərib Mürşüdov süni intellekt həllərinin elmi fəaliyyətdəki əhəmiyyətindən bəhs edərək bu platformanın həm akademik heyət, həm də tələbələr üçün fundamental bir alətə çevriləcəyini qeyd edib.
İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov çıxışında informasiyanın sürətli artımı dövründə süni intellektin kitabxanalarda strateji tətbiqi və rəqəmsal mədəniyyətin vacibliyi kimi mövzulara toxunub.
Ölkənin aparıcı kitabxanalarının rəhbərlərinin və informasiya texnologiyaları mütəxəssislərinin iştirak etdiyi tədbirdə süni intellektin kitabxana xidmətlərinin gələcək simasını formalaşdırmaqdakı rolu geniş müzakirə olunub. Bildirilib ki, tələbələrin bu təşəbbüsü gələcəkdə milli səviyyədə tətbiq oluna biləcək potensiala malikdir.
"Senior Design Project" çərçivəsində ərsəyə gələn bu layihə "MegaSec" MMC-nin texniki və informasiya dəstəyi ilə həyata keçirilib. Bu təşəbbüs müasir texnologiyaların təhsil və elm sahəsinə inteqrasiyasının, eləcə də universitet-sənaye işbirliyinin uğurlu nümunəsidir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib













